10 
Mar
2020
17:59
354
79
17932
Virtual karabakh

Təhsil Nazirliyi teledərslərə start verir - VİDEO

10 Mar, 2020
17:59
17932

Təhsil Nazirliyi teledərslərə start verir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 11-dən başlayaraq həftənin beş günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilir. Bu proqramda teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq. 

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb: 

“İbtidai siniflərin daha çox müəllim dəstəyinə ehtiyacını nəzərə alaraq, 1-4-cü sinif şagirdlərini həftənin dörd günü “Mədəniyyət” kanalının ekranı qarşısında gözləyəcəyik. 

Artıq müstəqil öyrənmə vərdişləri qazanmış 5-11-ci sinif şagirdləri ilə həftədə iki dəfə görüşəcəyik. 

İbtidai sinifləri əhatə edən fənlər Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, təsviri incəsənət, xarici dil, 5-11-ci siniflərdə Azərbaycan dili, riyaziyyat, xarici dil, tarix, coğrafiya, kimya, fizika, biologiya fənləri üzrə qısa videodərslər təqdim ediləcək.

Dərs cədvəlinə diqqət edin, dərsinizi “Dərs vaxtı”nda öyrənin. Unutmayın ki, öyrənmək yalnız sinif otağında deyil, ekran qarşısında da mümkündür. 

“Dərs vaxtı”nda həftənin beş günü sizinləyik! “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri