11 
Mar
2020
09:41
11
90
1427
Virtual karabakh

Masallı sakininə bıçaq çəkib qarət etdilər

11 Mar, 2020
09:41
1427

Masallı sakininə bıçaq çəkib qarət etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtobus gözləyən Masallı rayon sakininə qarşı küçədə quldurluq edilib. 

Oxu.Az xəbər verir ki, hadisə Salyan rayonu ərazisindən keçən köhnə Ələt-Astara avtomobil yolunun sağ tərəfində yerləşən "Dəniz Petrol" yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib. 

Salyan rayon sakini İslam Məlikov idarə etdiyi avtomobillə sözügedən əraziyə yaxınlaşıb. Sonra isə yolun kənarında avtobus gözləyən Masallı rayon sakini Kamran Əliyevə yaxınlaşaraq, avtomobilinə yanacaq doldurmaq üçün ondan pul tələb edib. 

K.Əliyev pulunun olmadığını deyib. İ.Məlikov cibindən bıçaq çıxarıb K.Əliyevin sinəsinə söykəyərək, onun köynəyinin döş cibindən 50 manat məbləğində pulu götürərək hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlayıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri