11 
Mar
2020
14:16
148
25
1739
Virtual karabakh

Bakıda məktəbə Arif Məlikovun adı verildi

11 Mar, 2020
14:16
1739

Bakıda məktəbə Arif Məlikovun adı verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinə görkəmli bəstəkar Arif Məlikovun adı verilib.

Mədəniyyət Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam imzalanıb.

Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli Sərəncamı ilə Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun adı verilib. 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilib. O, bir sıra fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatları olan “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub.

2019-cu ildə “A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq sərəncam imzalanıb. Sərəncamda Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsi tapşırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri