12 
Mar
2020
17:25
314
58
2176
Virtual karabakh

Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

12 Mar, 2020
17:25
2176

Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Park ərazisində ucaldılacaq”.

Bu barədə Oxu.Az-a M.Maqomayevin heykəlini hazırlayacaq Xalq rəssamı, heykəltəraş Ömər Eldarov məlumat verib. 

Ö.Eldarovun sözlərinə görə, artıq heykəlin layihələndirilməsinə başlanıb:

“Heykəlin müəllifi kimi deyə bilərəm ki, abidə üçün ən münasib yer kimi Dənizkənarı Milli Park ərazisini nəzərdə tutmuşuq. Hələ ki, heykəlin modelini hazırlamamışam. Təxminən 5-6 ay ərzində eskizi tamamlayacağam. İlkin olaraq heykəlin hündürlüyünün 3 metrə yaxın olacağını deyə bilərəm. Abidənin tam hazır olacağı tarixi söyləmək hələ tezdir”.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalanıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri