13 
Mar
2020
10:03
14
113
2851
Virtual karabakh

Bakıda kafedə qan töküldü

13 Mar, 2020
10:03
2851

Bakıda kafedə qan töküldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda kafelərin birində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün saat 06:20 radələrində Nəsimi rayonunda yerləşən kafelərin birində qeydə alınıb.

Mübahisə zəminində naməlum şəxs 1989-cu il təvəllüdlü G.İbrahimovu döş qəfəsindən bıçaqlayıb və hadisə yerindən qaçıb.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılıb və Quba rayon sakini, 1984-cü il təvəllüdlü N.Əkbərov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb. 

Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri