19 
Mar
2020
14:00
153
47
5389
Virtual karabakh

Nazirdən ədalətsiz qərar çıxaran məhkəmələrlə bağlı QƏRAR

19 Mar, 2020
14:00
5389

Nazirdən ədalətsiz qərar çıxaran məhkəmələrlə bağlı QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası” təsdiq edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.

Sənəd məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlarla əlaqədardır.

Eyni zamanda, bu nöqsanların araşdırılması istiqmətində məhkəmələrin fəaliyyətinə dair monitorinqin aparılması qaydasını müəyyən edir.

Bu qayda “Məhkəmələr və hakimlər haqqında” qanunun 79-1-ci maddəsinin dördüncü hissəsinə əsasən hazırlanıb.

Həmin hissə məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlarla bağlıdır.

Bu nöqsanlarla bağlı Ali Məhkəmənin Plenumunda qərar qəbul edilir.

Müvafiq qərar çıxarıldıqdan sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqi təşkil edilir.

Monitorinq ən azı bir il müddətində həyata keçirilir. Monitorinqin aparılması qaydasını Ali Məhkəmənin təklifləri əsasında Məhkəmə-Hüquq Şurası müəyyən edir.

Monitorinq Ali Məhkəmə Plenumunun qərarı qəbul edildikdən sonra həmin iclasda təsdiq olunan “Monitorinq aparılması üzrə plan” əsasında həyata keçirilir.

Planda monitorinqin aparılacağı məhkəmələrin dairəsi, monitorinqin predmeti, həyata keçirilməsi üsulları, onun başlama və bitmə müddətləri əks etdirilir. Monitorinq ən azı bir il müddətində həyata keçirilir.

Monitorinqin aparılması zamanı plana dəyişiklik edilməsini zəruri edən hallar ortaya çıxdıqda müvafiq dəyişikliklər planının təsdiq edilməsi qaydasına uyğun aparılır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri