19 
Mar
2020
18:56
965
2112
30679
Virtual karabakh

“Yaxşı oğlan” Mübariz Mənsimovun şousu sona çatdımı?

19 Mar, 2020
18:56
30679

“Yaxşı oğlan” Mübariz Mənsimovun şousu sona çatdımı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üç gün əvvəl Türkiyədə həbs olunan “Palmali” Holdinqin prezidenti Mübariz Mənsimov həbsinin üçüncü günündə bir bəyanat yaydı.

Yenisabah.az xəbər verir ki, özündən messenat “müasir Zeynalabdin Tağıyev” yaradan “əyilməz insan” üç gün belə dözə bilmədi. Yaydığı bəyanatda 18 yaşlı qızının yataq otağı ilə bağlı ifadələrdən belə istifadə edən iş adamının nə üçün bu qədər paranoyak olduğunu anlamamaq mümkün deyil. Məhz zəif insanlar bu kimi ağır durumlarda, böyük problemlərlə qarşılaşdıqda özlərini itirir, kimliklərini çılpaqlığı ilə ortaya qoyurlar.

Sual olunur ki, illərdir “ermənilərə savaş elan etdiyini” deyib bunun üzərində şou yaradan maxinasiya lideri düşmən əlinə düşsəydi, özünü nə qədər qürurlu aparacaqdı? Artıq nə pul, nə də şişirdilmiş nüfuz keçmir. Şantaj da rol oynamır. Qarşında qalaq-qalaq cildlənmiş cinayət işi və gözləri bağlı olan Femida var. Burada yalnız həqiqətlər dinlənilir. Manipulyasiya isə “Facebook”da qaldı...

Onu da qeyd edək ki, Mənsimovun qızının yataq otağı ilə bağlı ifadələri hətta onun yaxınları tərəfindən də tənqidlə qarşılanıb və bu onun iradə zəifliyi kimi qiymətləndirilir. “Özünü Allaha tapşırdığını” elan edən bir adamın 18 yaşlı qızının arxasında gizlənməsi zavallı bir durum yaradır. Bəs hara getdi mübariz insan?

Artıq bir neçə ildir ki, bloger fəaliyyəti ilə aktiv məşğul olan Mənsimov bu müddətdə sağ-sol demədən od püskürürdü. Yalnız özünün şəxsi nüfuz qazanması naminə ölkə prezidentinə yarınmaqla, prezidentin ətrafında olan hər kəsi isə ən ağır ifadələrlə təhqir etməklə nələrsə əldə edə biləcəyinə ümid edirdi. Ətrafına cəmiyyətin tanınmış adamlarını pul hesabına toplamaqla yıxılmaz qala qura biləcəyini də hesablamışdı. Siyasi proseslərin heç birini qaçırmır, yerli-yersiz açıqlamalar verir, münasibət bildirirdi. “Münasibət bildirmək manyakı”na çevrilən bir sıra mühacirlər belə onun yanında toya getməli idi.

Amma onun ittiham hədəfinə çevirdiyi şəxslərin heç biri özünü bu səviyyəyə endirib Mənsimova cavab vermədi. Nə hüquqi, nə də media baxımından reaksiya verilmədi. Bu loyallıq və dözümlülük son günə qədər davam etdi. Və müasir Don Kixot fərqinə varmadan son ana qədər əlində taxta qılınc dəyirmanlarla savaşmaqda idi.

Bu gün sosial şəbəkələrdə heç bir art niyyətdən xəbəri olmayan xeyli insan bu oliqarxı müdafiə etməkdədir. Onların bir çoxunun Mənsimovdan heç bir təmənnası bəlkə də yoxdur. Bəlkə də onlar heç vaxt bu “mübariz” insanla üz-üzə gəlməyiblər. Sadəcə sosial şəbəkə və mediada aparılan təbliğatın qurbanlarıdır. Axı iş adamı özü üçün böyük xeyriyyəçi imici yarada bilib.

Azərbaycan mediasında olan hər kəs bilir ki, M.Mənsimov əgər kiməsə 10 min manatlıq yardım edibsə, bu addımının piarı üçün ən azı üç bu qədər pul xərcləyib. Amma Azərrbaycanda elə xeyriyyəçilər mövcuddur ki, onlar müqəddəs dinimizin dediyi kimi “sağ əlin verdiyindən sol əlin xəbəri olmasın” şərtini göz bəbəkləri kimi qoruyurlar. Və belələri yüzlərlədir. Və onlar Mübariz kimi kiməsə yardım edəcəkləri halda bunun onlara hansı reytinqi gətirib-gətirməyəcəyini düşünmürlər.

Bu yerdə qeyd edək ki, bu vaxta qədər Cənab Mənsimov yardıma ehtiyacı olan, amma cəmiyyətdə tanınmayan bir nəfərə belə yardım etməyib. Tanıyan varmı belə bir şəxs? Varmı elə bir adam ki, ona yardım etsin, amma sonradan bunu Mənsimovun piarına çevirməsinlər? Bu gün bloger Mənsimovun “İnstagram” və “Facebook” səhifələrinin blok listləri ondan yardım istəyən, övladının əməliyyatı, yaşamı üçün yalvaran anaların profilləri ilə doludur. İnanmırsınız? Bəlkə hazırda onun səhifələrini idarə edən adminlər açıqlasın bunu. O blokda olanların hamısı sadə insanlardır. Mənsimova heç bir xeyir gətirə bilməzlər. Onun piarı üçün çox balaca insanlardır. Ona görə də dərhal blok olunmalıdırlar. 

Bir düşünün, Mənsimovun bu vaxta qədər “əl tutduğu” insanların siyahısını. Sadəcə düşünün və analiz edin. Bu addımlarının arxasındakı niyyəti soyuq başla anlamağa çalışın. “Palmali” prezidentinin təbliğat üçün yandaş mediaya xərclədiyi pulun 50 faizi ilə hətta ən neqativ adamdan da “lider” düzəltmək mümkündür. O zaman bu ürəksiz liderin bir gün sizin yataq otağınızın da arxasında gizləndiyini görsəniz, təəccüblənməyin. 

Bu üzdən indi Mənsimovu yaxşı oğlan hesab edənlərin bir az analitik düşünməsinə ehtiyac var. Onsuz da həqiqətlər nə zamansa aşkar olur. Bir az tez, bir az gec.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri