20 
Mar
2020
11:21
268
37
7058
Virtual karabakh

Həbs edilən Nizaməddin Quliyevin kadrı işdən çıxarıldı

20 Mar, 2020
11:21
7058

Həbs edilən Nizaməddin Quliyevin kadrı işdən çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə icra başçısı Məhərrəm Quliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial iqtisadi inkişafın proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri Elçin Şəmil oğlu İsmayılov dövlət qulluğuna xitam verilərək, tutduğu vəzifədən azad edilib.

Onun vəzifəsi vakant olaraq qeyd edilib. 

Qeyd edək ki, E.İsmayılov uzun müddət rayonun icra başçısı olmuş Nizaməddin Quliyevin dövründə də müavin vəzifəsində də çalışıb.

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 2019-cu ilin 19 dekabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs edilib.

Daha sonra o, ölkə başçısının sərəncamı ilə icra başçısı vəzifəsindən azad olunub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri