21 
Mar
2020
12:08
304
32
4132
Virtual karabakh

Bakıda dezinfeksiya tədbirləri gücləndirildi - FOTO

21 Mar, 2020
12:08
4132

Bakıda dezinfeksiya tədbirləri gücləndirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər daha da gücləndirilib.

Oxu.Az-ın məlumatına görə, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz işlər davam etdirilir.

Bakıda bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtın kommunal xidmətlərinin kollektivləri xüsusi gücləndirilmiş iş rejiminə keçərək, Nazirlər Kabineti yanında operativ qərargahın sərəncam və tövsiyələrinə uyğun dezinfeksiya tədbirlərinin həyata keçirilməsini davam etdirirlər. 

Kommunal xidmətlər tərəfindən yaşayış ərazilərində görülən işlərlə yanaşı, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən ictimai iaşə və ticarət mərkəzlərində, bazarlarda, mollarda müvafiq işlər aparılır, əlavə qabaqlayıcı və maarifləndirici tədbirlər görülür. 

Bununla əlaqədar, xüsusi yaradılmış monitorinq qrupları mütəmadi olaraq paytaxt rayonlarında çatışmazlıqların, pozuntuların müəyyən edilməsi məqsədilə monitorinqlər aparır və onların aradan qaldırılması ilə bağlı təcili tədbirlər həyata keçirir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri