22 
Mar
2020
19:00
304
53
12882
Virtual karabakh

Bu şirkətlər də koronavirusla mübarizəyə dəstək verdi

22 Mar, 2020
19:00
12882

Bu şirkətlər də koronavirusla mübarizəyə dəstək verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Unitrade” MMC, “İntend” MMC və “Ceylan” MMC qrup şirkətləri tərəfindən 50 min manat məbləğində dəstək göstərilib. 

“Unitrade” MMC, “İntend” MMC və “Ceylan” MMC şirkətləri aparıcı dünya istehsalçıları olan “Unilever”, “Beiersdorf”, “Nutricia”, “Splat”, “Garafalo“, “Mumtaz” məhsullarının Azərbaycan Respublikasına idxalı və ölkədaxili dağıtımı ilə məşğuldur. 

Mövcud vəziyyətlə əlaqədar olaraq, şirkətlər ölkə əhalisinin gündəlik tələbat mallarına olan ehtiyaclarının fasiləsiz təmin edilməsi üçün əlavə tədarük və təchizat tədbirləri görməkdədir. 

Bununla yanaşı, şirkətlər qrupu Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları əsasında müştərilərin və əməkdaşların sağlamlığını qorumaq məqsədi ilə bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə müvafiq maarifləndirmə işləri aparır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri