23 
Mar
2020
14:00
167
38
4970
Virtual karabakh

Baş Prokurorluq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

23 Mar, 2020
14:00
4970

Baş Prokurorluq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Baş Prokurorluğu koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 857 min manat məbləğində vəsait köçürüb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sosial həmrəylik nümayiş etdirən Respublika Baş Prokurorluğu, Respublika Hərbi Prokurorluğu və tabe rayon, şəhər prokurorluq orqanları işçilərinin könüllü istəyi ilə aylıq vəzifə maaşlarının 50 faizini təşkil edən həmin vəsaitin ianə verilməsi dövlət başçısının ölkəmizdə virusa yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri