23 
Mar
2020
15:27
210
41
1435
Virtual karabakh

Səbail rayonunda yerləşən kooperativ binalarda da dezinfeksiya işlərinə başlanıldı - FOTO

23 Mar, 2020
15:27
1435

Səbail rayonunda yerləşən kooperativ binalarda da dezinfeksiya işlərinə başlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində yerləşən 2 000-dən artıq kooperativ yaşayış binalarında dezinfeksiya işlərin aparılmasının vacibliyi ilə bağlı tövsiyəsinə uyğun olaraq, Səbail rayonunun inzibati ərazisində yerləşən bütün kooperativ binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və onların ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirlərinin mütəmadi olaraq həyata keçirilməsini Səbail Rayon İcra Hakimiyyəti öz üzərinə götürür. 

Eyni zamanda, bildiririk ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarları, müəyyən etdikləri qaydalar mütəmadi olaraq izlənilir və həlli istiqamətində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təxirə salınmaz tədbirlər görülür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri