26 
Mar
2020
13:58
63
342
17843
Virtual karabakh

Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu - VİDEO

26 Mar, 2020
13:58
17843

Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Respublika ərazisində koronovirusla mübarizə çərçivəsində maarifləndirmə tədbirləri davam edir.

Oxu.Az xəbər verir ki, polis əməkdaşları paytaxt küçələrində vətəndaşlara maska, əlcək, spirt paylayır.

Bu gün Azərbaycanın Xalq artisti Arif Quliyev Nazirlər Kabineti tərəfindən qəbul edilən qaydaları pozaraq şəhərə çıxıb.

Polis əməkdaşları Xalq artistinə yaxınlaşaraq, ölkə ərazisində yayılan koronavirus təhlükəsinin yaşlı insanlara daha çox təsir edə biləcəyini xatırladıb. Ona karantin qaydaları izah edilib və evə qayıtması tövsiyə edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 65 yaşdan yuxarı insanların küçəyə çıxması qadağan edilib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri