27 
Mar
2020
23:55
109
441
5513
yuxarı
90 nəfər vətəndaşımız Polşadan Azərbaycana gətirilib
27 Mar, 2020
23:55
5513
109
441
90 nəfər vətəndaşımız Polşadan Azərbaycana gətirilib
Azərbaycan Respublikasının Polşadakı Səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, 27 mart 2020-ci il tarixində LOT Polşa Hava Yolları tərəfindən ödənişli əsaslarla təşkil edilmiş Varşava-Bakı reysi müvəffəqiyyətlə həyata keçirilib və 90 nəfər Azərbaycan vətəndaşı ölkəyə qayıdıb.
Bununla yanaşı, LOT şirkəti tərəfindən uçuş barədə məlumatların Azərbaycan Hava Yollarına tam olaraq təqdim edilməməsi səbəbindən müəyyən anlaşılmazlıq yaranıb. Lakin Azərbaycan rəsmilərinin işə qarışmasından sonra uçuşla bağlı bütün anlaşılmazlıqlar aradan götürülüb və uçuş uğurla başa çatıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək