28 
Mar
2020
09:35
11
210
2877
Virtual karabakh

Bakıda minik avtomobili “KamAZ”la toqquşdu: Ölən və yaralananlar var

28 Mar, 2020
09:35
2877

Bakıda minik avtomobili “KamAZ”la toqquşdu: Ölən və yaralananlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan dörd nəfəri deformasiyaya uğrayan minik maşınından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri