29 
Mar
2020
10:46
261
76
2951
Virtual karabakh

Polis Xızı rayonunda maarifləndirmə işləri görür - FOTO

29 Mar, 2020
10:46
2951

Polis Xızı rayonunda maarifləndirmə işləri görür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızıda polisi tərəfindən koronavirus pandemiyası ilə əlaqədar maarifləndirmə tədbirləri davam etdirilir.

Daxili İşər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi məqsədi ilə rayon ərazisində yerləşən küçə və prospektlərdə, eləcə də qəsəbələrdə xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verirlər.

Bundan əlavə, şöbə əməkdaşları qəbul edilən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərə respublikamızda həyata keçirilən bütün tədbirlərin sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət etdiyini bildiriblər. Vətəndaşlara bu müddət ərzində özlərinin və yaxınlarının sağlamlıqları üçün evdə qalmalarının vacibliyini qeyd edən polislər, həmin şəxslərin yaşadıqları ünvanlara qaytarılmasını təmin edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri