30 
Mar
2020
11:50
33
86
2161
Virtual karabakh

İcbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadıldı

30 Mar, 2020
11:50
2161

İcbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb.

Oxu.Az xəbər verir ki, Milli Məclisin iclasında “Tibbi sığorta” haqqında qanuna təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. 

İcbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi.

Dəyişikliyə əsasən, bu müddət 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri