Apr
2020
09:11
125
96
5774
Virtual karabakh

Bir liftin yaşadıqları və ya görəcək günlərimiz qabaqdadır... - VİDEO

1 Apr, 2020
09:11
5774

Bir liftin yaşadıqları və ya görəcək günlərimiz qabaqdadır... - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günay Malikqızı yazır...

“Ən böyük mədəniyyət - təklikdə nümayiş etdirdiyiniz mədəniyyətdir” fikri ilə yazını başlayıramsa, deməli, bu gün sosial medianı silkələyən o görüntüdən danışaçağam.

Əslində, bilmirsən koronavirusu fikirləşəsən, yoxsa hələ də bəzi insanların daxilində qayğı ilə bəslədiyi “öküz”ün törətdiklərinə aid fikir yürüdəsən.

Koronavirus əvvəl-axır bitəcək. İnsanlıq bu karantini də unudacaq, ağır günlərdə daha “yaxşı” olacağına dair verdiyi sözü də...

Amma “Sən də lap özünü ayağı ilə liftin düyməsini basan ... kimi aparırsan” (üç nöqtənin yerinə ürəyinizdən keçən canlının adını yaza bilərsiniz) cümləsi nəsillərdən-nəsillərə keçəcək.

Bundan sonra kimin hərəkətini bəyənməsək, “a bala, bu, ayaqla təpiklənən lift düyməsi deyil” deyərək, fikrimizi ifadə edəcəyik.

Hə, bir də görəsən, bir qolunu qaldırmağa ərinib, düyməni ayaqqabısının altı ilə basmaq üçün bədənini min cür formaya salan canlı sonra evdə “ay arvad-uşaq, əlinizi liftin düyməsinə vurmayın, çünki mən o düyməni ayağımın altı ilə basmışam” deyib, ya yox?

Öz uşaqlarının, qapıbir qonşusunun, kiminsə hamilə arvadının, ya da yaşlı valideynlərinin istifadə edəcəyi liftin düyməsini ayaqla basan canlının edə biləcəklərini düşünmək belə istəmirəm.

Ayağı ilə əlinin yerini səhv salan biri heyvanlara və ya insanlara qarşı qəddarlıq etmək, nə bilim, eyvandan zibil atmaq, yol kəsmək, ya da təhlükəli şəkildə avtomobil sürmək və ya başqa bu kimi cəmiyyət üçün qorxunc və yolverilməz hərəkətlər edə bilər.

Yüksək vəzifədə çalışmağa, xarici dil bilməyə, öz işinin peşəkarı olmağa ağlı çatan birinin liftin düyməsini aidiyyəti üzrə istifadə etməyə (dünya əhalisinin böyük əksəriyyəti kimi, barmaqlarının biri ilə basmağa) ağlı çatmır.

Əslində, burada çatışmayan ağıl deyil, insanlıqdır...

Biz ikiayaqlılar indi məhz çatışmayan insanlığımızın imtahanını veririk.

Belə görünür ki, imtahanımız hələ çox ağırlaşacaq.

Fəlsəfədən uzaqlaşıb, reallıqdan bəhs etsək. Düşünürəm ki, belə sənədli, sübutlu insanlıqdan uzaqlaşanların cəzalandırılması lazımdır.

Kimsə ilk olmalıdır.

Ayağı ilə lift düyməsini basmağa müvəffəq olmaqda ilk olan KƏS qeyri-etik və qeyri-insani hərəkətlərinə görə, cəzalandırılmaqda da birinci ola bilər.

Layiqdir...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri