Apr
2020
12:39
139
57
1903
Virtual karabakh

Bakıda temperatur iqlim normasından altı dərəcə yuxarı olub

2 Apr, 2020
12:39
1903

Bakıda temperatur iqlim normasından altı dərəcə yuxarı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 2-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən, düşən yağıntının miqdarı Şərurda 6 mm, Ordubad, Sədərəkdə 5 mm, Naxçıvanda 4 mm, Ağdam, Altıağac, Neftçalada 3 mm, Balakən, Oğuz, Şamaxı, Mərəzə, Beyləqan, Salyan, Biləsuvar, Yardımlı, Astara, Şahbuzda 2 mm, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Bərdə, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Xınalıq, Şabran, Şahdağda 1 mm, Sumqayıt, Maştağada 4 mm, Bakı, Zabratda 3 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda bir santimetrə çatıb.

Sumqayıt, Göygöl, Naftalan, Xaçmaz, Quba, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi arabir Naftalan, Gəncədə 18 m/s, Salyanda 17 m/s, Şərur, Şəmkirdə 16 m/s-dək güclənib.

Aprelin 1-də temperatur Bakıda iqlim normasından altı dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-20, Aran rayonlarında 18-23, dağlıq rayonlarda 13, Naxçıvan Muxtar Respublikasında 12-19 dərəcə isti olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri