Apr
2020
14:32
19
285
9442
Virtual karabakh

Bakının bu ərazisində təbii qazın verilişi dayandırıldı

2 Apr, 2020
14:32
9442

Bakının bu ərazisində təbii qazın verilişi dayandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonu ərazisində təbii qazın verilişi dayandırılıb.

Oxu.Az xəbər verir ki, Nəsimi rayonu, Cavadxan küçəsi, 29 ünvanında əhaliyə təbii qazın verilişi məhdudlaşdırılıb. Məhdudlaşdırmaya səbəb ərazidən keçən qaz xəttində qeydə alınan qəzadır.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, sözügedən ərazidə qəza səbəbindən baş verən problemlərin aradan qaldırılması istiqamətində işlər görülür:

“Ərazidən keçən yeraltı qaz xəttində qəza baş verib. Bu səbəbdən, təhlükəsizlik məqsədilə ərazi üzrə təbii qazın verilişi dayandırılıb. Mövcud problem aradan qaldırıldıqdan sonra təxminən üç saat ərzində təbii qazın verilişi bərpa ediləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri