Apr
2020
16:18
477
69
4645
Virtual karabakh

Borcu olan abonentlərin suyu kəsilməyəcək - RƏSMİ

3 Apr, 2020
16:18
4645

Borcu olan abonentlərin suyu kəsilməyəcək - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Karantin müddətində “Azərsu” ASC tərəfindən borca görə abonentlərin suyu kəsilməyəcək”.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlama verib.

O bildirib ki, ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir:

“Qurum tərəfindən borcu olan abonentlərin heç birinin suyu kəsilməyəcək. Lakin “Azərsu” ASC-nin elektron xidmətləri aktivdir. Borcu olan və ödəmək üçün imkanı olan abonentlərin bundan istifadə etməsi xahiş olunur. 

Çünki bu, qurumun dayanıqlı fəaliyyətinə dəstək deməkdir. Abonentlərin suyun kəsilməməsindən istifadə edib, ödənişdən yayınma hallarına yol verməmələri rica olunur. Hissə-hissə olsa da, borcların ödənilməsinə diqqət etsinlər. Smart-kartlar vasitəsilə su ilə təmin olunan istehlakçılar isə limitləri bitdiyi təqdirdə, 5 kubmetr kredit götürə bilərlər”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri