Apr
2020
21:14
30
570
20353
Virtual karabakh

Bakıda qadın yanğın zamanı özünü binadan atdı - VİDEO

5 Apr, 2020
21:14
20353

Bakıda qadın yanğın zamanı özünü binadan atdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 1955-ci il təvəllüdlü Leyla Manafova özünü eyvandan yerə atıb.

“Report”un məlumatına görə, bu zaman o, ağır bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, L.Manafovanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasındakı yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri