Apr
2020
11:09
149
36
1606
Virtual karabakh

Əlməmməd Nuriyev: “Məhbuslar arasında koronavirusa yoluxma halı aşkarlanmayıb”

7 Apr, 2020
11:09
1606

Əlməmməd Nuriyev: “Məhbuslar arasında koronavirusa yoluxma halı aşkarlanmayıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusla mübarizə çərçivəsində bütün cəzaçəkmə müəssisələrində monitorinqlər aparılıb. Məhbuslar arasında koronavirusa yoluxma halı aşkarlanmayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev məlumat verib.

O bildirib ki, Ədliyyə Nazirliyində koronavirusla bağlı cəzaçəkmə müəssisələrindəki vəziyyəti nəzarətdə saxlamaq üçün Monitorinq Qrupu yaradılıb. Monitorinq çərçivəsində koronavirus infeksiyası ilə bağlı testlər aparılıb:

“Məhkumların vəziyyəti daim nəzarətdə saxlanılır. Müəssisələrdə daxili karantinlər də yaradılıb. Hərarəti olan şəxslər daxili karantinə götürülüb. Mövcud vəziyyətlə bağlı cəzaçəkmə müəssisələrində məhkumlarla görüşlər əvvəlcə məhdudlaşdırıldı, daha sonra tam şəkildə dayandırıldı. Məqsəd məhkumların sağlamlığını qorumaqdır. Onların ailələri ilə telefon əlaqələri yaratmalarına məhdudiyyət yoxdur.

Bu günə qədər məhkumlar arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

Ə.Nuriyev onu da əlavə edib ki, monitorinq qrupları tərəfindən məhkumlara verilən ərzağın keyfiyyətinin monitorinqi mütəmadi olaraq aparılıb: 

“Müəssisələrdə sanitar-gigiyenik qaydalar nəzarətdə saxlanılır. Məhbuslara kənardan ərzaq gətirilməsi dayandırılıb. Mütəmadi olaraq müəssisələrdəki vəziyyət barədə məlumat alınır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri