Apr
2020
12:17
122
91
13560
Virtual karabakh

Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı - RƏSMİ

7 Apr, 2020
12:17
13560

Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yerli maska istehsalı müəssisəsində artıq son quraşdırma işləri aparılır. Bizim yerli istehsal maskalarımız bir həftədən sonra apteklərdə satışa çıxarılacaq”. 

Oxu.Az-ın məlumatına görə, bunu “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yerli istehsal olan maskaların qiyməti hələ müəyyənləşməyib:

“Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində maska tələbatının gündəlik 30-40 faizinin qarşılanması nəzərdə tutulur”.

S.Babayeva qeyd edib ki, müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb.

Qeyd edək ki, istehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri