Apr
2020
14:32
221
96
5084
Virtual karabakh

Bakının mərkəzi küçələri dezinfeksiya edildi - FOTO

7 Apr, 2020
14:32
5084

Bakının mərkəzi küçələri dezinfeksiya edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, şəhərin mərkəzi hissələrində, o cümlədən, İstiqlaliyyət küçəsi boyunca Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilir. 

Oxu.Az-ın məlumatına görə, Səbail RİH-in başçısı Vüqar Zeynalov dezinfeksiya işlərinin gedişi ilə yerində tanış olub. 

Şəhərin mərkəzi küçələrində və burada yerləşən yaşayış binalarında, parklarda, yeraltı keçidlərdə, dayanacaqlarda intensiv şəkildə dezinfeksiya işləri aparılıb.

Parklarda quraşdırılmış oturacaqlar, işıq dirəkləri, tullantılar üçün nəzərdə tutulmuş qutular və burada əkilmiş gül kolları, müxtəlif növ ağaclar xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri