Apr
2020
14:39
160
61
7049
Virtual karabakh

Koronavirusa yoluxan şəxslər oruc tuta bilərmi?

9 Apr, 2020
14:39
7049

Koronavirusa yoluxan şəxslər oruc tuta bilərmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirusa yoluxan şəxslər oruc tuta bilməz”.

Bu barədə Oxu.Az-a Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli açıqlama verib.

O bildirib ki, virusa yoluxmuş şəxslər müalicə dövrü bitənə qədər oruc tuta bilməz:

“Yalnız koronavirusa yoluxanların deyil, sağlamlığında digər problemlər olan şəxslərin də Ramazan ayında oruc tutması qətiyyən doğru hesab olunmur. Bu barədə Qurani-Kərimin müvafiq ayəsində qeyd olunub.

Koronavirusla bağlı xəstəxanalarda müalicə alan şəxslər mütləq həkim təlimatlarına riayət etməlidirlər. İntensiv müalicə dövrü keçən şəxslərin oruc tutması sağlamlıqlarına ciddi təhlükə yarada bilər. Ona görə də, həmin şəxslərin Ramazan ayı bitdikdən, eləcə də müalicə dövrü yekunlaşdıqdan sonra qəza orucu tutmaları tövsiyə olunur”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri