Apr
2020
15:41
168
39
6128
Virtual karabakh

Şahmar Hüseynov: “Dəniz obyektlərində xidmət aparan neftçilərin növbə dəyişməsinə start verildi” - FOTO

9 Apr, 2020
15:41
6128

Şahmar Hüseynov: “Dəniz obyektlərində xidmət aparan neftçilərin növbə dəyişməsinə start verildi” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. İnsanlar arasında kütləvi yoluxmaların önünə keçmək məqsədilə ölkəmizdə xüsusi karantin qaydaları tətbiq edilir. Buna baxmayaraq, həkimlərimiz, polislərimiz və digər mühüm peşə sahibləri ilə yanaşı, qəhrəman neftçilərimiz də bu gün iş başındadırlar. 

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) baş direktoru Şahmar Hüseynov Oxu.Az-bildirib ki, artıq dəniz obyektlərində 15 gündən çox qalan işçilərin növbə dəyişməsinə başlanılıb:

“Belə ki, xüsusi ayrılmış karantin zonalarına yerləşdirilən işçilər həkim yoxlamalarından keçdikdən sonra qrup halında dənizə yola düşürlər. Bu günə kimi dəniz obyektlərində xidmət aparan təxminən 700 işçi növbə dəyişib. Proses mərhələli şəkildə davam etdirilir”. 

Baş direktor Şahmar Hüseynov bildirib ki, virusun yayılmasına qarşı “Azneft” İstehsalat Birliyində qabaqlayıcı tədbirlər görülür:

“Dövlət Neft Şirkətinin prezidentinin əmrinə əsasən, İstehsalat Birliyinin idarəetmə aparatında koronavirus pandemiyasının yayılmasının vaxtında qarşısının alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılan fövqəladə əks-epidemik qərargah hazırda tam gücü ilə öz fəaliyyətini davam etdirir.

Həftənin yeddi günü, sutkanın 24 saatı ərzində daxil olan müraciətlər araşdırılır və operativ qərarlar verilir. Qeyd edək ki, İB-də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün zəruri olan bütün addımlar atılır, profilaktik tədbirlər daha da gücləndirilir, mövcud vəziyyət daim nəzarət altında saxlanılır”. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri