10 
Apr
2020
10:18
207
92
5565
Virtual karabakh

Bakıda reydlər keçirildi - Karantin tələblərinə əməl etməyən ət kəsimi məntəqələri bağlandı - FOTO

10 Apr, 2020
10:18
5565

Bakıda reydlər keçirildi - Karantin tələblərinə əməl etməyən ət kəsimi məntəqələri bağlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakının müxtəlif rayonlarında antisanitar vəziyyətdə olan ət kəsimi və digər qida satışı məntəqələrinin müəyyən edilməsi məqsədilə reydlər keçirilib”. 

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilir ki, həyata keçirilən tədbirlərə və genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, öz şəxsi mənafe və qazancını insanların sağlamlığından üstün tutan bəzi işbazlar antisanitar, sağlamlıq üçün təhlükəli şəraitdə qida məhsullarının hazırlanması, o cümlədən ət kəsimi və satışı ilə məşğul olurlar: 

“Belə halların qarşısının alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərərəfindən qəti və təxirəsalınmaz tədbirlər həyata keçirilib. Məsələnin ciddiliyi nəzərə alınaraq, Bakı Şəhər Ticarət və Xidmət Departamenti, paytaxtın rayon icra hakimiyyətləri, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə paytaxtın müxtəlif rayonlarında antisanitar vəziyyətdə olan ət kəsimi və digər qida satışı məntəqələrinin yerlərinin müəyyən edilməsi məqsədilə reydlər keçirilib. Reydlər nəticəsində bir sıra nöqsanlar aşkarlanıb və müvafiq qaydada tədbirlər görülür.

Belə ki, Bakının müxtəlif rayonlarında keçirilən reydlər zamanı Ceyhun Hacıbəyli, Mirmahmud Kazımovski, Yusif Vəzirov, Qədir Məmmədov küçələrində və digər ünvanlarda sanitar qaydaları pozan, karantin tələblərinə əməl etməyən ət kəsimi yerləri müəyyənləşdirilib. Həmin obyektlərin fəaliyyəti dayandırılıb, bəzi məntəqələrin yerləşdiyi tikililər sökülüb, istifadə edilən dəmir asqı vasitələri kəsilib, ətraf ərazi dezinfeksiya edilib. Bu reydlər mütəmadi olaraq, paytaxtın bütün rayonlarında keçiriləcək”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri