10 
Apr
2020
17:39
110
728
5767
Virtual karabakh

Vitse-spiker əhalini qan verməyə çağırdı

10 Apr, 2020
17:39
5767

Vitse-spiker əhalini qan verməyə çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə adıçəkilən komitə səhhəti imkan verən hər kəsi təhlükəsizlik və gigiyenik qaydalara riayət etməklə, qanvermə aksiyasına qoşulmağa çağırır.

Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib.

Bu təşəbbüs koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsindədir.

“Özünü sağlam hiss edən, səhhəti imkan verən hər bir kəsdən Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankına yaxınlaşaraq, qan verməsini xahiş edirik. Toplanmış qan qarşılıqsız olaraq irsi qan xəstələrinə və talassemiyalı vətəndaşlarımıza veriləcək”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Qan Bankında donorların təhlükəsiz şəraitdə qan verməsini təmin etmək məqsədilə girişdə bədən hərarətinin yoxlanılması üçün termal kamera yerləşdirilib.

Donorlar gigiyenik vasitələr ilə təchiz edildikdən sonra minimum təmas olmaqla qan verməkdədirlər. Donorlara lazım gəldikdə qan vermələri barədə arayışlar da verilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri