10 
Apr
2020
23:15
25
301
5525
Virtual karabakh

Şabranda ağır yol qəzası: İki nəfər ölüb, dörd nəfər yaralanıb

10 Apr, 2020
23:15
5525

Şabranda ağır yol qəzası: İki nəfər ölüb, dörd nəfər yaralanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün axşam saatlarında Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Hacıqaraqaşlı kəndində qeydə alınıb.

“Kia Cerato” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində iki nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Vəfat edənlər Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğludur. Xəsarət alan şəxslər isə Zəkiyev İsmayıl Rövşən oğlu, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğludur.

Xəsarət alan şəxslərin müalicəsi Şabran MRX-də davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri