17 
Apr
2020
09:16
279
19
3424
Virtual karabakh

DSX-nin hərbi qulluqçusu yanan evdə qalan sakini xilas etdi

17 Apr, 2020
09:16
3424

DSX-nin hərbi qulluqçusu yanan evdə qalan sakini xilas etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçala rayonunun Bankə qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilir ki, aprelin 14-də yanğın baş verən ərazinin yaxınlığında müvəqqəti yaşayan DSX-nin Sahil Mühafizəsinin hərbi qulluqçusu, kiçik gizir Əliyev Vasif Asif oğlu yanğını görən kimi dərhal hadisə yerinə hərəkət edib.

FHN-in Yanğınsöndürmə komandası yanğının genişlənməsinin və digər evlərə keçməsinin qarşısını alarkən, həyatı üçün təhlükəyə baxmayaraq, fədakarlıq göstərib və yanan evə daxil olan sərhədçi köməksiz vəziyyətdə qalan qəsəbə sakini 1987-ci il təvəllüdlü Seyfullayev Famil Fədail oğlunu xilas edib.

Xilasetmə prosesində tüstüdən zəhərlənərək xəsarət almış kiçik gizir V.Əliyev təcili yardım maşını ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti yaxşıdır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri