20 
Apr
2020
10:16
50
211
2131
Virtual karabakh

Karantini pozan sürücülər cərimələndi - VİDEO

20 Apr, 2020
10:16
2131

Karantini pozan sürücülər cərimələndi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 19.04.2020-ci il saat 00:00-dan 20.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 874 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Ümumilikdə 01.04.2020-ci ildən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31 516 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri