20 
Apr
2020
14:44
119
47
1525
Virtual karabakh

“Gazelli Group” #GazelliYardım proqramı çərçivəsində fəaliyyətini davam etdirir - FOTO

20 Apr, 2020
14:44
1525

“Gazelli Group” #GazelliYardım proqramı çərçivəsində fəaliyyətini davam etdirir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

#GazelliYardım proqramı Azərbaycanda yeni koronavirusun (COVID-19) yayılması nəticəsində çətinliklərlə üzləşən aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərə, həmçinin yaşlı insanlara kömək məqsədi daşıyır.

Vacib ərzaq məhsulları və dezinfeksiyaedici vasitələrdən ibarət olan bağlamalar Bakı şəhəri ərazisində yaşayan, ölkədə karantin rejiminin tətbiq edilməsi nəticəsində çətin vəziyyətlə üzləşmiş 50-dən çox ailəyə çatdırılıb.

Bu aksiyadan əvvəl isə proqram çərçivəsində Bakı, Quba və Lənkərandakı Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliyində olan uşaq evləri, internat məktəbləri və qocalar evləri bir aylıq şampun, maye sabun, həmçinin antiseptik vasitələr ehtiyatı ilə təmin edilib.

“#GazelliYardım bizim korporativ sosial məsuliyyət proqramımızın bir hissəsidir. Holdinqimiz xeyriyyəçilik, Azərbaycan xalqının dəstəklənməsi və vətənimizin ekologiyası ilə bağlı problemlərinə hər zaman xüsusi diqqət ayırıb. Hökumətin virusun Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində atdığı addımları, onun mənfi təsirlərinin azaldılması məqsədilə gördüyü tədbirləri dəstəkləmək təkcə sahibkarların deyil, eyni zamanda respublikamızın hər bir vətəndaşının borcudur. Şirkətimiz adından bütün vətəndaşlarımızı evlərində qalmağa, küçəyə yalnız vacib tələbat hallarında maska və əlcək taxaraq çıxmağa, əllərini təmiz yumağa və antiseptik vasitələrdən istifadə etməyə çağırırıq. Diqqətli olun ki, sağlam olasınız!” – deyən “Gazelli Group”un nümayəndəsi şirkətin həmçinin bu sahədə fəaliyyətini davam etdirmək niyyətində olduğunu da vurğulayıb.

{gallery}

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri