23 
Apr
2020
18:41
83
495
4117
Virtual karabakh

Çin səfirliyi məlumat yaydı: “Tibbi ləvazimatlar yaxın vaxtlarda Bakıya gətiriləcək”

23 Apr, 2020
18:41
4117

Çin səfirliyi məlumat yaydı: “Tibbi ləvazimatlar yaxın vaxtlarda Bakıya gətiriləcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyası başlayandan bəri Çin və Azərbaycan qarşılıqlı olaraq bir-birini dəstəkləyir. 

Bu barədə Oxu.Az-a Çinin Azərbaycandakı səfirliyindən daxil olan bəyanatda bildirilir.

Qeyd olunur ki, Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir və Azərbaycanın pandemiya ilə mübarizə səylərini qətiyyətlə dəstəkləyir. Çin səfirliyi bəyan edir ki, Çin Azərbaycana öz imkanları daxilində yardım göstərməyə, çətinlikləri birgə dəf etməyə hazırdır.

“Tam inanırıq ki, Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycan xalqı ən qısa zamanda epidemiya üzərində qələbə çalacaq”, - deyə bildirilib.

Məlumata görə, Çin Azərbaycana ikinci və üçüncü dəst tibbi ləvazimat tədarükünü davam etdirəcək. 

“Həmin vasitələr hazırlanır və yaxın vaxtlarda Bakıya gətiriləcək”, - deyə bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri