29 
Apr
2020
14:52
267
49
2167
Virtual karabakh

Anar Məmmədxanovun xatirəsi yad ediləcək

29 Apr, 2020
14:52
2167

Anar Məmmədxanovun xatirəsi yad ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi aprelin 30-u, saat 21:00-da canlı efirdə “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun əfsanəvi kapitanı, millət vəkili Anar Məmmədxanovun xatirəsinə həsr edilən veriliş yayımlayacaq. 

İdarədən verilən məlumata görə, veriliş Əməkdar artist, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, kinoaktyor və rejissor, naşir Bəhram Bağırzadənin təqdimatında Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovanın və yaxın dostları yazıçı, publisist, türkoloq, Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızının və ASANFM Radiosunu rəhbəri, populyar teleaparıcı Emin Musəvinin iştirakı ilə efirə gedəcək.

Proqram boyu Anar haqqında düşüncələr, xoş xatirələr danışılacaq, bu işıqlı şəxsiyyətin görünən və görünməyən cəhətləri, həyat yolu haqqında onun qəlb dostlarının fikirləri səslənəcək. 

Anar Məmmədxanovun xatirəsinə həsr olunmuş gecəni Baş İdarənin @bakimedeniyyetidaresi rəsmi “Instagram” hesabından canlı izləyə və əsl ziyalı haqqında fikirlərinizi canlı efirdə paylaşa bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri