30 
Apr
2020
18:01
34
140
23409
Virtual karabakh

Aliment ödənişlərini evdən çıxmadan bu üsulla ödəmək mümkündür

30 Apr, 2020
18:01
23409

Aliment ödənişlərini evdən çıxmadan bu üsulla ödəmək mümkündür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xüsusi karantin dövründə aliment ödənişlərinin gecikdirilməməsi üçün kifayət qədər şərait yaradılıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin keçirdiyi videokonfransda nazirliyin İnformasiya-Kommunikasiya Texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə məlumat verib.

O bildirib ki, karantin müddətində aliment ödənişlərinin vaxtında ödənilməsi vacib məsələdir və bunun üçün elektron sistemlərin imkanlarından istifadə edilə bilər:

“Biz “ASAN ödəniş” və bir çox tətbiqlərdə bir çox borcların, o cümlədən alimentlərin ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün şərait yaratmışıq. Vətəndaşlar evdən çıxmadan bütün ədliyyə xidmətlərindən istifadə edə bilərlər. Bu ödənişlərin gecikdirilməməsi üçün Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilib”.

Ağakərim Səmədzadə onu da qeyd edib ki, aliment ödənişini həyata keçirə bilməyən şəxslərin ölkədən çıxışına qadağa qoyulur:

“Hər hansısa səbəbdən nəğdsiz ödəniş edə bilməyənlər respublika ərazisində yerləşdirilən 500-ə yaxın ödəniş terminalları vasitəsilə borcları ödəmək imkanı qazanır. Bununla yanaşı, bilirsiniz ki, aliment ödənişi və digər borcu ödəməyən şəxslərin ölkədən çıxmasına qadağa qoyulur. Bu müddət ərzində həmin şəxslər onlayn ödəmə vasitəsilə alimenti evindən ödəməklə ölkədən çıxmasına qoyuılan qadağanı götürülməsinə nail ola biləcək. Vətəndaş borcu ödəyən kimi biz dərhal bu barədə Dövlət Sərhəd Xidmətinə məlumat ötürəcəyik və şəxsin ölkədən çıxığına qoyulan qadağa götürüləcək”

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri