May
2020
12:18
15
361
10388
Virtual karabakh

Kürdəmirdəki ağır qəzada ölənlərin sayı dördə çatdı - YENİLƏNİB + FOTO/VİDEO

4 May, 2020
12:18
10388

Kürdəmirdəki ağır qəzada ölənlərin sayı dördə çatdı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə baş verən ağır avtomobil qəzasında daha bir nəfər ölüb.

Report xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb. Daha yeddi nəfər yaralanıb.

11:34

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

Nəticədə “Mercedes” markalı avtomobildə olan üç sərnişin hadisə yerində ölüb, dörd sərnişin isə ağır bədən xəsarətləri alıb.

Həmçinin bildirilir ki, “Nissan” avtomobilində olan dörd sərnişin də ağır yaralanıb. 

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri