May
2020
17:39
164
36
6499
Virtual karabakh

Bakıda marşrut taksi sistemi tətbiq ediləcək - RƏSMİ

4 May, 2020
17:39
6499

Bakıda marşrut taksi sistemi tətbiq ediləcək - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirus pandemiyası dövründə “bir manatlıq” taksilərin fəaliyyətini analiz etmişik”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, növbəti dövrdə xüsusi ekspress marşrut taksi sisteminin tətbiq edilməsi planlaşdırılır:

“Məsələn, “Həzi Aslanov” - “Koroğlu” və ya “Koroğlu” - “20 Yanvar” metro stansiyaları istiqamətində ekspress xətlər istifadəyə veriləcək”.

Sədr bildirib ki, ekspress xətlər üzrə marşrut taksilər pik saatlarda fəaliyyət göstərə bilər:

“Pik saatlarda Lökbatan qəsəbəsindən Bakının mərkəzinə doğru ciddi tələbat yaranır. Bu məsələyə sərnişin sıxlığına əsasən baxılacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri