12 
May
2020
15:24
512
105
23391
Virtual karabakh

Bakıda BMW-ni qəsdən dərəyə aşıran “Kürd Elnur” tutuldu - YENİLƏNİB

12 May, 2020
15:24
23391

Bakıda BMW-ni qəsdən dərəyə aşıran “Kürd Elnur” tutuldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda BMW markalı avtomobilin qəsdən dərədən aşıran Elnur Abbasov saxlanılıb. 

Bununla bağlı Oxu.Az-a DİN-dən məlumat verilib. 

Bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb edilib. 

Qeyd edək ki, E.Abbasov kriminal aləmdə “Kürd Elnur” ləqəbi ilə tanınır.

14:54

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə BMW markalı avtomobilin qəsdən dərədən aşırılması ilə bağlı görüntü yayılıb. Həmin görüntülərlə bağlı araşdırma aparılıb.

Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bakıxanov qəsəbə sakini Zamin Babayev Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək, ona məxsus avtomobilin tanışı tərəfindən qaçırıldığını və dərəyə atıldığını bildirib. 

Suraxanı RPİ tərəfindən aparılan araşdırmalar zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Abbasov barəsində cinayət işi başlanıb. 

Həmin şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri