14 
May
2020
17:30
20
152
2582
Virtual karabakh

Azərbaycanda dörd məcburi əmək aşkarlandı - Beş nəfər Rusiyada istismar edilib

14 May, 2020
17:30
2582

Azərbaycanda dörd məcburi əmək aşkarlandı - Beş nəfər Rusiyada istismar edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda respublika üzrə dörd məcburi əmək faktı qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında (2019-cu il üzrə) bildirilir.

Qeyd olunub ki, aparılan araşdırmalarla Rusiyada tikinti sahəsində beş azərbaycanlının istismar edildiyi müəyyən edilib.

Bir azyaşlının isə respublikada məcburi dilənçiliyə məruz qalması müəyyən edilib. Təqsirkar şəxslər məhkəmə məsuliyyətinə cəlb olunub.

Qeyd edək ki, illik məlumat parlamentin mayın 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri