17 
May
2020
18:27
237
32
2126
Virtual karabakh

ADY rəsmisi: “Qida məhsullarının daşınması fasiləsiz həyata keçirilir”

17 May, 2020
18:27
2126

ADY rəsmisi: “Qida məhsullarının daşınması fasiləsiz həyata keçirilir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dəmir Yolları gündəlik istifadə edilən qida məhsullarının təhlükəsiz şəkildə ölkəyə daşınmasını təmin edir.  

Bu sözləri Oxu.Az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin mətbuat katibi Natəvan Bayramova məlumat verib.  

O bildirib ki, ADY tərəfindən həyata keçirilən yükdaşımalar məhsulların yüksək səviyyədə ölkəmizə gətirilməsini təmin edir:  

“Taxıl, süd və süd məhsulları, un məmulatları, eləcə də digər qida məhsullarının daşınması yüksək səviyyədə həyata keçirilir. ADY tərəfindən gündəlik süfrələrimizdə istifadə edilən bir çox qida məhsulları ilə yanaşı, eləcə də neft və neft məhsullarının da ölkəyə gətirilməsi fasiləsiz şəkildə həyata keçirilir. ADY pandemiya dövründə yükdaşımaların fasiləsiz və ən əsası təhlükəsiz şəkildə ölkəyə gətirilməsinə xüsusi diqqət edir”. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri