18 
May
2020
09:19
44
102
3370
Virtual karabakh

Qaxda dəfələrlə məhkum olunmuş qadın oğurluq üstdə tutuldu - FOTO/VİDEO

18 May, 2020
09:19
3370

Qaxda dəfələrlə məhkum olunmuş qadın oğurluq üstdə tutuldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən üç mağazadan müxtəlif əşyaların və qadına məxsus əl çantasından pulun oğurlanması barədə müraciətlər daxil olub.

Bununla bağlı Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş müraciətlər əsasında Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları edən şəxsin Ağdam şəhər sakini Yaqut İbrahimova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. 

Y.İbrahimovanın əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə dəfələrlə məhkum olunduğu və hazırda təqsirləndirilən şəxs kimi axtarıldığı məlum olub.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri