18 
May
2020
13:15
15
52
1643
Virtual karabakh

Təxirə salınmış respublika fənn olimpiadalarının final mərhələsinin keçiriləcəyi tarix açıqlandı

18 May, 2020
13:15
1643

Təxirə salınmış respublika fənn olimpiadalarının final mərhələsinin keçiriləcəyi tarix açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pandemiya ilə əlaqədar təxirə salınmış respublika fənn olimpiadalarının respublika mərhələsinin final turu iyun ayının birinci yarısında keçiriləcək. 

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 5-də riyaziyyat fənni üzrə final turu Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, fizika fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, iyunun 7-də kimya fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, biologiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, informatika fənni üzrə isə Bakı Mühəndislik Universitetində keçiriləcək. 

İyunun 9-da Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, coğrafiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, tarix fənni üzrə isə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçiriləcək. 

Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq. 

Qeyd edək ki, fevral ayında keçirilmiş respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, uğur qazanmış şagirdlər final turunda iştirak hüququ qazanıblar. İştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər nəzərə alınacaq və həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri