23 
May
2020
10:03
105
24
2248
Virtual karabakh

“Region Agro” MMC (Goranboy Aqropark) Ramazanda aztəminatlı ailələri sevindirdi - FOTO

23 May, 2020
10:03
2248

“Region Agro” MMC (Goranboy Aqropark) Ramazanda aztəminatlı ailələri sevindirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Region Agro” MMC korporativ sosial məsuliyyət proqramına uyğun olaraq, Ramazan bayramı ərəfəsində növbəti yardım tədbirini keçirib.

Belə ki, Goranboy rayonu ərazisində yaşayan xüsusi qayğıya ehtiyacı olan 200 aztəminatlı ailələrə baş çəkilib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.

Ölkənin ərzaq təminatında mühüm rol oynayan Aqropark 5 iyun 2018-ci ildə açılıb. Aqropark daxili bazar üçün taxıl və qarğıdalı yetişdirilməsi ilə məşğuldur.

Qeyd edək ki, “Region Agro” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait köçürməklə və karantin dövründə 300 aztəminatlı ailəyə yardım etməklə də sosial dəstəyini ifadə etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri