23 
May
2020
16:40
261
62
13118
Virtual karabakh

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

23 May, 2020
16:40
13118

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır.

İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana “bu fitrədir” demək də məqsədəuyğun sayılmır. 

“81 qram qızıldan artıq imkanı olan insan zəngin insan sayılır. Və o mütləqdir ki, fitrə sədəqəsi çıxartsın. Fitrə sədəqəsini nə qədər olur? Təbii ki, bu, şərti olaraq, iki kiloqram yarım buğdadan, düyüdən, xurmadan və ya fərqli ərzaq məhsullarından hesablanıb. 

Amma günümüzdə bunu hesabladığımız zaman görürük ki, minimum beş manata gəlib çatır. Amma bu, bizim minimum həddimizdir. Bunun maksimum dərəcəsi yoxdur. Yuxarı bir limit təyin olunmayıb”, - deyə ilahiyyatçı qeyd edir. 

Ramazan ayında oruc tutmağın fəlsəfəsindən biri də ehtiyaclı insanların halından xəbərdar olmaqdır. Eyni zamanda, bu, insanlarda paylaşmaq, bölüşmək, həmrəylik təəssüratı yaradır. Bununla da fitrə zəkatı bayram əhval-ruhiyyəsinin meydana gəlməsinə xidmət edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri