24 
May
2020
18:36
30
368
7608
Virtual karabakh

Ağdaşda qəzada maşın iki hissəyə bölündü, ölən var - FOTO

24 May, 2020
18:36
7608

Ağdaşda qəzada maşın iki hissəyə bölündü, ölən var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə mayın 24-də günortaya yaxın Bakı-Şamaxı-Yevlax magistral yolunun 227-ci kilometrində, Xosrov kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Aralbir kənd sakini, 1977-ci il təvəllüdlü Gərayev Niyaz Nizam oğlu idarə etdiyi “VAZ 21011” markalı minik avtomobilində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobil iki hissəyə bölünüb. Sürücü hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib, faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri