25 
May
2020
22:21
276
147
14692
Virtual karabakh

Azərbaycanda şimşək çaxıb, dolu yağıb - FAKTİKİ HAVA + YENİLƏNİB

25 May, 2020
22:21
14692

Azərbaycanda şimşək çaxıb, dolu yağıb - FAKTİKİ HAVA + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saat 22:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Şamaxı, Mingəçevir, Kürdəmir, Kişçay(Şəki), Balakəndə şimşək çaxıb, yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Balakəndə saat 18.50-18.53 radələrində diametri 12 mm olan dolu düşüb.

19:15

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən bildirilib ki, saat 18:00-a olan məlumata əsasən, Şərur, Şahbuz, Ordubad,Daşkəsən, Gədəbəy, Zaqatala, Yevlax, Şəki, Ağstafa, Naxçıvan, Balakəndə şimşək çaxıb, yağış yağıb.

10:45

Mayın 25-i səhərədək olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 8 mm, Kişçay (Şəki), Zaqatalada 3 mm, Ağdərə, Tovuz, Balakən, Lerikdə 2 mm, Göygöl, Gədəbəy, Ordubad, Şəmkir, Ceyrançöl, Ağstafa, Şəki, Şahdağ, Gəncə, Şahbuz, Qrız, Oğuz, Mingəçevir, Yardımlı, Astara, Xınalıqda 1 mm olub.

Mayın 25-i səhər saatlarından güclü-şimal küləyi zəifləyib, dalğanın hündürlüyü Neft Daşları stansiyasının məlumatına əsasən 2.6 metrə enib.

Qeyd edək ki, mayın 25-də gün ərzində hava şəraiti Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək, mülayim şimal-şərq küləyi əsəcək.

Azərbaycanın şərq rayonlarında hava şəraiti yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim qərb küləyi 5-10 m/s, arabir 15-17 m/s təşkil edəcək.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, aran rayonlarında 25-30, dağlıq rayonlarda 14-18 dərəcə isti təşkil edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri