25 
May
2020
15:49
14
273
3836
Virtual karabakh

Şamaxıda bədbəxt hadisə: Ölən var

25 May, 2020
15:49
3836

Şamaxıda bədbəxt hadisə: Ölən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şamaxı rayonunda bina inşası zamanı qaldırıcı kranın aşması nəticəsində baş verən bədbəxt hadisə ilə bağlı açıqlama verib.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, mayın 25-i səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində iki nəfər xəsarət alıb:

“Onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən vəfat edib. Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir”.

Qeyd edək ki, qaldırıcı kranın aşması nəticəsində 1995-ci il təvəllüdlü Surət Heybətov və 1983-cü il təvəllüdlü Zaur İsgəndərov xəsarət alıb. Onlardan biri həyatını itirib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri