29 
May
2020
11:31
280
32
3452
Virtual karabakh

Daha üç rayonda peşə tədrisi mərkəzi açılır - VİDEO

29 May, 2020
11:31
3452

Daha üç rayonda peşə tədrisi mərkəzi açılır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın dövrdə Quba, Bərdə və Şəki rayonlarında da peşə tədrisi mərkəzlərinin yaradılması planlaşdırılıb.

Məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarının təşkili üçün müasir infrastrukturun qurulmasıdır.

Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan şəxslər üçün bu mərkəzlərdə peşə kursları təşkil olunacaq. Kursları bitirənlərə peşə sertifikatlar təqdim olunmaqla, onların yeni yiyələndikləri peşələr üzrə məşğulluğu təmin olunacaq.

Hazırda Nazirliyin Bakı, Göyçay və Gəncə şəhərlərində peşə tədrisi mərkəzləri fəaliyyət göstərir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri