29 
May
2020
19:18
50
97
3227
Virtual karabakh

TƏBİB sədrindən plazma müalicəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

“Koronavirusdan sağalmış şəxslərdən alınan plazmanın tətbiqinin nəticələri artıq əldə olunub”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, xəstəliyi simptomatik və orta ağır keçirənlərdən əldə edilən plazma xəstəliyin müalicəsində daha effektiv olub: 

“Keçən həftə bunun şahidi olduq. Çox ağır vəziyyətdə olan, dərman müalicəsinə tabe olmayan, həkimlərin ümidini üzdüyü xəstələrə plazma tətbiq edilib və sağalma müşahidə olunub”.

TƏBİB sədri koronavirusdan sağalan şəxslərə plazma donorluğu üçün çağırış da edib: “Plazma mübadiləsi həyat üçün təhlükəli deyil”.

“Evdə özünü müalicə edənlərin sayı azalsa da, belələri var. Bu da son nəticədə onların ağır formada xəstəxanaya gəlməsinə səbəb olur”, - deyə, R.Bayramlı əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri